FES bu il 1 dəfə, 2019-da 3 dəfə və 2020-də 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir

27-09-2018, 07:04           
FES bu il 1 dəfə, 2019-da 3 dəfə və 2020-də 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir
Mərkəzi Bankın tolunu həyata keçirən ABŞ-ın Federal Ehtiyyatlar Sistemi (FES) bu il 1 dəfə, 2019-cu ildə 3 dəfə və 2020-ci ildə 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə maliyyə tənzimləyicisinin rəhbərliyinin iclasının yekunları üzrə yayılan məlumatında deyilir.

FES həmçinin ABŞ iqtisadiyyatının iqtisadiyyatının artım sürətinin bu il 3,1 faizə qədər artırmasını proqnozlaşdırılır. ABŞ-ın ÜDM artımı üzrə proqnoz 2019-ci il üçün 2,5 faiz təşkil edəcək, 2020-ci ildə isə 2 faizə qədər zəifələyəcəyi gözlənilir.

Hazırda işsizlik səviyyəsi 3,9 faiz təşkil edir.

Qeyd edək ki, Federal Ehtiyat Sisteminin (FES) 25-26 sentyabr keçirilmiş iclasında uçot dərəcəsi illik 1,75-2 =%-dən 2-2,25% səviyyəsinə yüksəldilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru