HƏMSƏDRLƏRƏ GÖRƏ TƏXRİBAT NƏDİR?

28-09-2018, 09:50           
HƏMSƏDRLƏRƏ GÖRƏ TƏXRİBAT NƏDİR?
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə dair bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, həmsədrlər tərəflərdən narahatçılıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istəyiblər və guya onlar buna görə tərəfləri xəbərdar ediblər. Vasitəçilər onu da qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.

Həmsədrlər ritorikanı sərtləşdirməyəmi qərar veriblər? Belə isə görəsən Ermənistan xarici işlər nazirinə deyiblərmi ki, hərbi təyyarələrinizin Azərbaycan sərhəddini pozması, işğal altındakı bölgələrə köç təşkil edilməsi, beynəlxalq hüquqa zidd olaraq başqa ölkələrin bələdiyyələri ilə sazişlərin imzalanması, iki azərbaycanlının girov saxlanılması və nəhayət baş nazir Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” açıqlaması təxribat xarakter daşıyır və bölgədə vəziyyyətin gərginləşməsinə xidmət edir. İnanmıram ki, həmsədrlər bunları desinlər. Deməyiblərsə bəyanatları yenə boş söz yığnağıdır.
Teref.az
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru