Əliyevlə danışdığımı ancaq Yerevanda açıqlayacağam – Paşinyan

29-09-2018, 00:02           
Əliyevlə danışdığımı ancaq Yerevanda açıqlayacağam – Paşinyan
Ermənistan baş naziri və Azərbaycan prezidenti Tacikistan paytaxtı Düşənbədə MDB sammitində iclası zamanı söhbət edib.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb.

“Düşənbədə mənim və Azərbaycan prezidenti İlham Əliyev arasında söhbət baş tutdu. Ətraflı Yerevana qayıtdıqdan sonra danışacağam”, — deyə Paşinyan yazıb.

Qeyd edək ki, sosial şəbəkədə yayılan video görüntülərdə Əliyev və Paşinyan MDB dövlət başçılarının liderlərinin birgə foto çəkdirmə mərasimində yanbayan dayanıb. Daha sonra Paşinyan Azərbaycan prezidentinə müraciət edir, daha sonra isə onlar qısa söhbət edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru