Orxan Camalın ölümü ilə bağlı şok iddia: - qətlin sifarişçisi...

29-09-2018, 09:32           
Orxan Camalın ölümü ilə bağlı şok iddia: - qətlin sifarişçisi...
Rus jurnalistlərinin Mərkəzi Afrika Respublikasında öldürülməsini “Patriot” özəl hərbi şirkəti təşkil edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Dojd” televiziyası Rusiya Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

“Jurnalistlərin ölümünə əsas səbəb jurnalist Orxan Camalın rus silahlarının Afrikaya tədarükü ilə bağlı araşdırma aparması olub. Əvvəlcə şirkətə jurnalistlərin məhvi haqda tapşırıq gəlsə də, sonradan bunun oğruların hücumu kimi səhnələşdirilməsi tapşırılıb” – məlumatda bildirilib.

Qeyd edək ki, “Patriot”un muzdluları bundan öncə Suriyada vuruşublar. Şirkətin döyüşçüləri arasında hazırda hərbi xidmət keçən Rusiya hərbçiləri də yer alıblar. “Dojd” televiziyası artıq “Patriot”un öz nüfuzuna görə, “Vaqner”i üstələdiyini bildirib.

Bundan öncə Orxan Camalın ölümündə əsas günahkarın “Vaqner” özəl hərbi şirkətinin olduğu bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru