“”Facebook” hesabını canlı yayımda siləcəyəm” — Tayvanlı haker Zukerberqə meydan oxudu (FOTO)

30-09-2018, 11:27           
“”Facebook” hesabını canlı yayımda siləcəyəm” — Tayvanlı haker Zukerberqə meydan oxudu (FOTO)
Tayvanlı bir haker qrupu “Facebook” qurucusu və CEO-su Mark Zukerberqə meydan oxuyub.
“Ölkə.Az” xəbər verir ki, Tayvanlı “mükafat ovçusu” Çanq Çiyuan Zukerberqin facebook səhifəsini canlı yayımda siləcəklərini açıqlayıb.

Onun “Facebook”dan verdiyi açıqlamada bildirilir ki, 30 sentyabr günü həyata keçirəcəkləri silmə prosesini “Facebook Live” üzərindən canlı olaraq yayımlayacaqlar.

“Facebook”da 26 mindən çox izləyicisi olan Çanq Çiyuan onlara canlı yayımı izləmələrini tövsiyyə edib.

Qeyd edək ki, canlı yayımın bu gün Bakı vaxtı ilə saat 14.00-da keçirilməsi planlaşdırılır.

Şirkət və online platformaların proqramlaşdırma xətalarını tapıb bundan gəlir əldə edən Çiyuan “Mən haker olmaq istəmirəm, sadəcə sıxıldım və bir az pul qazanmaq istəyirəm” deyib.

Qeyd edək ki, Mark Zukerberqin “facebook” hesabı 2011-ci ildə də hakerlər tərəfindən ələ keçirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru