Britaniya Norveçə desant çıxardı

30-09-2018, 19:19           
Britaniya Norveçə desant çıxardı
Böyük Britaniya Norveçə 800 nəfər dənizçi və xüsusi təyinatlıdan ibarət desant çıxarıb.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə müdafə naziri Qevin Uilyamson xəbər verib.

Desant çıxarılmasına səbəb Londonun burada tez tez görünən rus sualtı gəmiləri tərəfindən yaradılacaq istənilən təhlükəyə effektiv cavab verməkdir.

London gəmilərin hərəkətini izləmək üçün “P-8 Poseydon” təyyarələrindən istifadə edəcək.

“Biz rus hərbi sualtı gəmilərinin burada həddindən artıq aktiv olduğunu müşahidə edirik. Soyuq müharibə dövründə olduğu kimi. Biz buna reaksiya verməliyik” – deyə ingilis nazir qeyd edib.

Britaniyalı hərbiçilər burada holland və ABŞ-dan olan dənizçilərlə birgə hərəkət edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru