Kanada və ABŞ NAFTA üzrə razılaşma əldə etdi

1-10-2018, 08:16           
Kanada və ABŞ NAFTA üzrə razılaşma əldə etdi
Kanada və ABŞ Şimali Amerika azad ticarət zonası üzrə razılaşma (NAFTA) əldə edib.

Publika.az xəbər verir ki, bu haqda yüksək vəzifəli amerikalı mənbəyə istinadən Kanadanın CTV News telekanalı bildirib.

Telekanalın məlumatına görə, razılıq əldə olunsa da, o hələ qəti təsdiq edilməyib. Mənbə həmçinin bildirib ki, tezliklə Kanadanın Xarici İşlər Nazirliyinin başçısı Xristya Friland və ABŞ-ın ticarət nümayəndəsi Robert Laytxayzerin birgə bəyanatı gözlənilir.

Qeyd edək ki, prezident Donald Trampın təkidi ilə ABŞ Meksika və Kanada ilə NAFTA azad ticarət zonasının aktuallaşdırması üzrə danışıqlar aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru