Suriya yenidən Ərəb Birliyinə qayıdır?

1-10-2018, 09:47           
Suriya yenidən Ərəb Birliyinə qayıdır?
Ərəb Dövlətləri Liqası Dəməşqin üzünə “qapıları açarsa”, Suriyanın yenidən bu birliyə üzvlüyü ilə bağlı məsələ müzakirə oluna bilər.

Axar.az xəbər verir ki, bu sözləri Suriya Xarici İşlər naziri Valid Müəllim deyib.

“Əvvəla, kim qapıları bağlayıbsa, o da ilk növbədə açmalıdır. Daha sonra biz Suriya olaraq bu məsələni müzakirəyə çıxara bilərik”, - XİN rəhbəri bildirib.

Qeyd edək ki, 2011-ci ildə Suriyada iğtişaşlar başlayan zaman bu ölkənin Ərəb Birliyindən çıxarılması ilə bağlı qərar verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru