Azərbaycanın rayonlarında fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) ləğv oluna bilər.
Report xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, nazirlikdə bu istiqamətdə iş aparılır: “Keçən ay nazirlikdə keçirilən yeni pilot layihəyə əsasən səyyar komissiyalar özünü təsdiqləyib. Artıq Azərbaycanda əlilliklə bağlı müayinələri ancaq səyyar komissiyalar aparacaq”.