Bakı aeroportu silahlı mühafizə altına alındı - təfsilat

4-07-2016, 08:50           

Heydər Əliyev Beynəlxalq Hava Limanında fövqəladə təhlükəsizlik rejimi tətbiq edilib.

Virtualaz.org-un bu dəqiqələrdə orada olan əməkdaşı xəbər verir ki, aeroportun girəcəyində silahlı mühafizə postları qurulub.

Ölkənin əsas hava limanına yalnız uçmaq üçün bileti olan sərnişinlər buraxılır və biletlər ciddi şəkildə yoxlanılır.

Bundan başqa, bütün sərnişinlər ikiqat yoxlamaya məruz qalırlar. Silahlı hərbçilər sərnişinlərin yüklərini və avtomobillərini xüsusi vasitələrlə yoxlayırlar.




Xatırladaq ki, ondan bir az əvvəl Bakının Heydər Əliyev prospektində maşınların hərəkəti dayandırılmışdı.

Buna səbəb bomba həyəcanı olmuşdu. Belə ki, polisə zəng edərək prospektdəki körpüyə bomba qoyulduğu məlumatı verilmişdi.

Bu səbəbdən də əraziyə FHN əməkdaşları, təcili yardım maşınları və polislər cəlb olunmuşdu.

Amma bir saatlıq axtarışdan sonra ərazidən heç nə tapılmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru