“Twitter”in texniki direktoru Adam Messinqer şirkətdən ayrıldığını bəyan edib.
“Report” xəbər verir ki, o bu barədə öz mikrobloqunda məlumat verib.
“Beş il işlədikdən sonra “Twitter”dən getmək və fasilə vermək qərarına gəldim. Cek Dorsiyə yaratdığı imkanlara və öz komandama bu səyahətə görə təşəkkür edirəm”, – deyə Messinqer yazıb.