Bakıda avtomobil yandı, Xaçmazda isə maşın aşdı

21-12-2016, 09:31           
Bakıda avtomobil yandı, Xaçmazda isə maşın aşdı
Xaçmazda yük maşını aşıb.
Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmazın Gödəkli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisəyə səbəb 90-CV-266 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil olub. Ötmə əməliyyatı zamanı Bakı istiqamətində hərəkət edən 90-FR-487 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobilini yoldan çıxararaq qəza törədib. Nəticədə yük avtomobili yolun kənarına aşıb.Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, yük avtomobilində olan 3 tona yaxın alma ətrafa dağılıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
***
Bakıda da yanğın hadisəsi qeydə alınıb.
Xəbərə görə, yanğın şəhərin Nizami rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:12-da yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru