Seçki NONSENSİ - MSK namizədliyi ləğv etdi, namizəd qərarı saymadığını dedi

17-10-2015, 22:18           
Seçki NONSENSİ - MSK namizədliyi ləğv etdi, namizəd qərarı saymadığını dedi
Paşa İlisuyskiy: “Bu, birbaşa mənə qarşı təxribatdır”

112 saylı Qax seçki dairəsində qəribə vəziyyət yaranıb. JAM.AZ xəbər verir ki, hakimiyyət rayonda heç bir hörməti olmayan, hətta bu yaxınlarda kənddən qovduqları deputat Azər Kərimovu mandat sahibi etmək üçün daha bir qanunsuzluğa imza atmağa başlayıb.

Belə ki, seçkilərə qatılmış və favorit namizədlərdən biri olan Paşa İlisuyskiyi dünən seçkilərə namizəd olaraq qatılmaqdan məhrum ediblər. MSK-nın qərarına əsasən sözgedən şəxs bu seçkilərdə namizəd olaraq iştirak edə bilməz. Amma deputatlığa namizəd özünün Facebook səhifəsində bəyan edib ki, MSK-nın qərarı onun üçün maraqlı deyil və qanunsuzdur.

O yazıb ki, 112 saylı Qax seçki dairəsi Dairə Seşki Komissiyasının siyahısından onun adı çıxarılıb. “Bu, birbaşa mənə qarşı təxribatdır. Əziz Qaxlılar, bu təxribata uymayın, mən sona gədər bu seçkilərdə iştirak edəcəyəm. Mənim əleyhimə aparılan kampaniyanın davamı kimi qanundan kənar və əsassız əmələ əl atılıb. Mənim adımın namizədlərin siyahısından cıxarılması əsassızdır. Ali Məhkəmə qərar verəndən sonra bu məsələ öz həllini tapacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.