1 saata 81 kilometr məsafə qət edən qatarın sürəti ilə öyünməyə dəyərmi? –İqtisadçıdan təhlil + Cədvəl

30-12-2018, 07:30           
1 saata 81 kilometr məsafə qət edən qatarın sürəti ilə öyünməyə dəyərmi? –İqtisadçıdan təhlil + Cədvəl
“Türkiyədə Ankara-Eskişehir xəttində hərəkət edən sürət qatarı 245 km məsafəni 1 saat 25 dəqiqəyə (saatda 173 km), Rusiyada Moskvadan Peterburq marşrutu ilə hərəkət edən sürət qatarı 714 km məsafəni 3 saat 46 dəqiqəyə (saatda 190 km), Özbəkistanda Daşkənd Səmərqənd istiqamətində hərəkət edən sürət qatarı 344 km məsafəni 2 saat 8 dəqiqəyə (saatda 161 km) qət edir. Bakı -Gəncə qatarı 364 kilometri 4 saat 30 dəqiqəyə (saatda 81 km) qət edib. Bu hadisəyə görə yüzlərlə Gəncə sakini izdihamla qarşılama mərasiminə qatılıb”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, müasir dünya belə sürətlə ötən əsrin ikinci yarısında qürrələnirdi: “Hazırda isə bir sıra ölkələrdə hər saat üçün qatarların orta sürəti 300 km, maksimum sürət isə 600 km ətrafındadır. Bunu təqdim etdiyim cədvəldəki sürət qatarlarının reytinqindən bunu görmək olar. Bununla, mən, Azərbaycanı heç də Yaponiya, Cənubi Koreya, Çin, Almaniya, Fransa, İngiltərə, Avstriya ilə müqayisə etmək niyyətində deyiləm, amma biz ən azından Türkiyə, Rusiya, hətta Özbəkistan səviyyəsində belə nəticələri təkrarlaya bilmirik”.

İqtisadçı yazır ki, əslində, Azərbaycanda sürət problemi qatarla bağlı deyil, dəmir yol xəttinin keyfiyyəti ilə əlaqədardır: “Halbuki, son illər ərzində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üçün yalnız Dövlət Neft Fondundan 589,2 milyon manat vəsait ayrılıb. Lakin hələ də Azərbaycanda dəmir yollarının texniki durumu qatarların orta sürətini 80-dən yuxarı qaldırmağa imkan vermir”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru