Samir Şərifov yola salınır... - Onun yerinə sürpriz namizəd!

22-01-2019, 17:51           
Samir Şərifov yola salınır... - Onun yerinə sürpriz namizəd!
Azərbaycanda daha bir yüksək rütbəli məmurun gedişi gözlənilir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, yaxın günlərdə maliyyə naziri Samir Şərifov vəzifəsindən alınacaq və oun yerinə gənc kadrlardan biri təyin olunacaq. Maraqlı olanı budur ki, Maliyyə Naziri postuna iddialı kimi sabiq müsavatçılardan birinin adı çəkilir.

Mənbə dia.az-a bildirir ki, hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru vəzifəsini tutan Vusal Qasımlının bu posta təyinatı gözlənilir.

"Hər halda, belə bir təyinatın verilməsi olduqca ilginc görünür" deyən mənbə bildirir ki, Vüsal Qasımlı hazırda ölkənin sayılıb-seçilən iqtisadçılarından biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru