Əlacsız ana Mehriban xanım Əliyevaya müraciət etdi: " Bir ana olaraq Sizdən xahiş edirəm..."

5-02-2019, 15:46           
Əlacsız ana Mehriban xanım Əliyevaya müraciət etdi: "  Bir  ana olaraq  Sizdən xahiş edirəm..."
Teref.az olaraq bir ananın hörmətli viçe prezident Mehriban xanım Əliyevaya müraciətini təqdim edir:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva


Bakı şəhər sakini
Güləliyeva Mehriban Nizami qızının


M Ü R A C İ Ə T İ


Hörmətli Mehriban Əliyeva!
Yazıb Sizə bildirirəmki, mənim yenicə dünyaya göz açmış balam anadan doğulanda Öd kisəsi və Öd yollarının olmaması qüsürü ilə doğulmuşdur. Doğulan gündən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutununa apardıq orada övladım iki həftə müailicə aldıqdan sonra həkimlərin rəyi nəticəsində Bakı şəhərində bir neçə xəstəxanalarda usağı analizlərə götürdülər məlum olduki övladımın qara ciyəri öz funkisiyasını itirib dalağ, mədə altı vəzisi sıradan cıxarılır. Usağın 39 dərəcə hərarəti olur qızdırmasını ancaq samlar vasitəsi ilə salırıq. Bakı Medera Hospitalına geddik orada Hicran Xıdırova həkimin yanında olduq o kilinikada bir necə analizlər uşaqdan götürüldi lakin məlum olduki uşaq ağır dərəcəli ( BİLİAR ATRETİYA) Ciyər Seryozudur təcili əməliyyat olunmalıdır. Əməliyyatının məbləği 45.0000 manat pul dur. Lakin biz imkansız ailə olduğundan o məbləği düzədə bilmirik. Ailənin 3 ildən sonra yolunu gözlədiyimiz tək övladımızın gözümüzün önündə tələf olunmasına bir ana kimi barışa bilmirəm.
Hörmətli Mehriban Əliyeva, bir ana olaraq Sizdən xahiş edirəm mənim ərizəmlə müraciətimə baxasınız və mənim yeganə övladımın sağalmasına onu işiqlı dünyaya qovuşdurmasına mənə köməklik göstərəsiz.
Sizə təşəkkür edirəm. İndiyənəcən xalqımızın rifahı üçün, ölkəmizi dünyada tanıtmaq üçün gördüyünüz quruculuq işlərini bir daha alqışlayır, dövlətimizi daha da yüksəltmək yolunda Sizə uğurlar arzulayıram.
Əlaqə Tel: 050 427 53 62
012 544 59 31















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.