Belarusluları heyrətə gətirən otel Azərbaycanın hansı nazirinindir?

6-02-2019, 08:53           
Belarusluları heyrətə gətirən otel Azərbaycanın hansı nazirinindir?
Mühacirətdə yaşayan jurnalist Cavanşir Həsənli Azərbaycanın məmurları və onların xaricdəki biznesi ilə bağlı növbəti araşdırmasını edib.

Jurnalist Belarusiyada yerləşən obyekt haqda sənədlər əldə edə bilməsə də, bəzi məlumatları öyrənə bilib:
"Minskdə belə bir hotel var, Buta Butik Hotel. Belarusiya Daxili İşlər Nazirliyinin yanındadır. Bütün belarusları heyrətə gətirib.
Fantastik vəsait xərclənib. Nə qədər xərcləndiyini xərcləyənlər bilir. Kim xərcləyib? Hotel sabiq vergilər naziri Fazil Məmmədova aid olub. Yeznəsinin şirkəti üzərindən inşa edilib. Amma vəzifədən çıxarılandan sonra əlindən alındığı deyilir.

Hotelin cəmi 35 nömrəsi var. 20-si standart, üçü lüks suit, biri prezident nömrəsi. Binanın foyesində 30 metrlik 9 ton ağırlığında lüstr asılıb. Bir neçə min kristaldan və 560 led işıqdan ibarətdir, Türkiyədən gətirilib".
criminal.az
























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru