STP rəhbərliyi işçilərini polislə hədələyir: Emin Məmmədov şikayətlərin qarşısını bu yolla almaq istəyir
11-02-2019, 10:03
“Sumqayıt Texnologiyalar Parkı”nda işdən çıxarılan işçilərə təzyiqlər başlayıb.
AzToday.az xəbər verir ki, bu barədə STP-dən işdən çıxarılan işçilər məlumat verib. Onların sözlərinə görə, STP rəhbərliyindən şikayət edən işçilər polislə hədələnir. STP rəhbərliyinin bunu etməkdə əsas məqsədi işçiləri qorxutmaq və onlardan edilən şikayətlərin qarşısını almaqdır.
Qeyd edək ki, son 4-5 ay ərzində STP rəhbərliyi müxtəlif bəhanələrlə yüzlərlə təcrübəli işçini işdən çıxarıb. Bu barədə AzToday.az saytı olaraq geniş məlumat verərək bildirmişdik ki, STP-nin baş direktoru Emin Məmmədovdan sonra işçilərlə əmək münasibətləri Azərbaycan qanunvericiliyi ilə deyil, baş direktorun qoyduğu şərtlərlə tənzimlənir. Bu isə STP rəhbərliyinə imkan verir ki, STP-də işləyib, təcrübə toplamış işçiləri heç bir təcrübəsi olmayanlarla əvəz etsin. Bu isə STP-də çalışan 2 minə yaxın işçinin əksəriyyətinin narazılığına səbəb olmaqdadır.
Növbəti yazılarımızda STP-də baş verənlərlə bağlı ətraflı məlumat verməyə çalışacağıq. Teref.az olaraq Sumqayıt Texnologiyalar Parkının məsul şəxsləri ilə əlaqəsaxladıq və bu gün bütün bu yazılanlara cavab verəcəklərini bəyan etilər. Gözləyirik... Teref.az