"Rəis Baş direktorun qayını, təmir edən qudası..." - FOTOFAKT

13-02-2019, 09:16           
"Rəis Baş direktorun qayını, təmir edən qudası..." - FOTOFAKT
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədəki səhifəsində maraqlı foto paylaşıb.

Teref.az Mia.az-a istinadla xəbər verir ki, o, dənizdə yeni uçan estakadanın fotosunu paylaşaraq belə yazıb:

""Azneft" İstehsalat Birliyinin "Neft Daşları NQÇİ"nin 2-ci mədəninə gedən yol... Əgər külək uçurtmasa idi (Ekologiya Nazirliyinə xəbərdarlıq üçün təşəkkür), estakada uçub işçilər dənizə düşə bilərdi.

Bu idarənin rəisi "Azneft" İB-nin Baş direktorunun qaynı, təmir edən isə qudasıdır!".

Komitə sədrinin paylaşdığı foto və ittihamla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru