Deputat Sona Əliyeva təhsil sərgisi biznesinə girişir

20-03-2019, 20:57           
Deputat Sona Əliyeva təhsil sərgisi biznesinə girişir
Milli Məclisin ən qalmaqallı deputatlarından olan Sona Əliyeva yeni və maraqlı bir biznesə başlayır. Editor.az xəbər verir ki, deputat “Təhsilli Gələcək” İctimai Birliyinin adından Bakıda Türkiyə universitetlərinin Təhsil sərgisini keçirməyə hazırlaşır. Sona Əliyeva bununla artıq bir çox Türkiyə universitetlərinə müraciət edib. Deputat müraciətində Milli Məclisin ve parlamentin Elm və Təhsil Komitəsinin üzvü olduğunu və ayrı-ayrı tədbirlərdə Türkiyə dövlətinin rəsmi şəxsləri ilə çəkdirdiyi ayaqüstü şəkilləri xüsusi qabardaraq, universitetləri sərgidə iştirak etməyə təşviq etmək istəyir. Sərgidə iştirak hər universitetə iki-üç min dollara başa gələcək.

Xaricdə təhsil sərgiləri kifayət qədər ciddi gəlir gətirən sahələrdən hesab olunur. Bir sıra şirkətlərin bu sahədən çəkilməsindən sonra sərgi biznesinde ciddi boşluq hiss edilirdi. Görünür, Sona Əliyeva bu boşluğu doldurmaq və palamentdə keçirdiyi son illərdən qazancla çıxmaq üçün hərəkətə keçib.

Deputatın rəhbəri olduğu deyilən “Təhsilli Gələcək” İctimai Birliyi ilə bağlı mediada hər hansı məlumata rast gəlinmir. Sona Əliyevanın özünü isə Milli Məclisin ən qalmaqallı deputatlarından biri hesab etmək olar. Onun adı indyədək mediada anasını dəlixanaya saldırmağa cəhddə, falçı yanında “dil-ağız” bağlatdırmaq kimi qəribə olaylarda hallanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru