DEPUTAT OĞLUNUN TOYU – “Menyu 300 manatdır”

6-04-2019, 00:00           
DEPUTAT OĞLUNUN TOYU – “Menyu 300 manatdır”
Millət vəkili Mirzəcan Xəlilov aprelin 19-da Bakıdakı dəbdəbəli “Bağçalı Saray” şadlıq sarayında oğlu Vüqar Xəlilova toy edəcək.

Məlumata görə, Vüqar bəy Əsli adlı xanımla ailə həyatı qurur. Millət vəkili Mirzəcan Xəlilov baş tutacaq toy mərasimi ilə bağlı yayılan məlumatın doğru olduğunu təsdiqləyib.

“Bəli, inşaAllah bu ayın 19-u oğlumun toy mərasimini edəcəyəm. Bildiyiniz kimi, toy “Bağçalı Saray”da baş tutacaq”, – deyə deputat əlavə edib.

“Bağçalı Saray” şadlıq sarayının direktoru Fərid adlı şəxs də aprel ayının 19-da toy mərasimi olacağını bildirib: “Bu ayın 19-na artıq mühüm toy sifarişimiz var. Toyun vaxtını dəyişdirmək mümkünsüzdür. Masanın qiymətlərinə gəldikdə isə, qiymətlər fərqlidir. Bir nəfərlik masanın qiyməti 220 manatdan başlayır, 300 manata qədər dəyişir”.

Qeyd edək ki, Vüqar Xəlilov Azərbaycan Futnet Assosiasiyasının rəhbəridir.(Demokrat.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru