Azərbaycan turizmi: Niyə pul qazandırmır? - TƏHLİL

12-04-2019, 09:48           
Azərbaycan turizmi: Niyə pul qazandırmır? - TƏHLİL
Azərbaycan ekoturizmə xarici investisiyalar cəlb edəcək.

Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyi bildirib. Agentliyin məlumatına görə eko və aqroturizmin inkişafı üçün fəal iş gedir.

Azərbaycan 9 iqlim zonası və əlverişli coğrafi mövqeyi olan bir ölkə olsa da illərdir turizm sahəsində geriləməkdə davam edir.Halbuki turizm sahəsində Azərbaycanın rəqabət imkanları çox yüksəkdir.Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm üçün mühüm amillərdir.Ölkəmizdə çoğrafi mövqe və ekologiya baxımdan sağlam turizm bölgələri mövcud olsa da, bu sahənin inkişafı o qədər də ürəkaçan deyil. Səbəb isə 1-3 ulduzlu otellərin az olması və 5 ulduzlu otellərdə qiymətlərin baha olması, eləcə də otellərin yalnız mövsümdən mövsümə açılmasıdır.

Sosial şəbəkə istifadəçilərindən birinin yazdığına görə Goranboyun Buzluq kəndindən qayıdarkən yolüstü Göygöl şəhərini görmək qərarına gəlib.Hətta bu cənnət guşədə gecələmək də istəyib.Amma bütün otellər qapalı, restoranlar isə işləməyib.Mühafizəçidən səbəbini soruşduqda, cavab təəccüblü olub.Ona bildirilib ki, mövsüm mayın sonunda açılacaq.

Qeyd edək ki, dünya ölkələrində otellər, turizm mərkəzləri istənilən mövsümdə işlək və açıq olur.Əgər turizmin inkişafından söhbət gedirsə, bu sahədə mühüm olan xırda detallar belə nəzərə alınmalıdır.

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, otellərin yay mövsümünə qədər bağlı olması yeni məsələ deyil:

“Ayrıca otel tikib, ora yalnız turist gəlməsini gözləmək də düzgün deyil. Sadəcə olaraq o bölgəyə kimsə səfər edibsə, gedib oteldə qala və xərcləri qarşılaya bilər.Əgər oteli yalnız mövsümdə açıb işini quran varsa, səhv edir.Məsələ burasındadır ki, turizm obyektinin sahibinə kiminsə kənardan göstəriş verməsi, təzyiq etməsi düzgün deyil.Hərənin özünün siyasəti var. Sadəcə olaraq biz sahibkarın fəaliyyət mühitini yaxşılaşdırmalı və nizamlamalıyıq.Turizmin inkişafı üçün problemləri həll etməliyik.Bu problemlərdən biri daxili monopoliya, ölkəyə turizm cəlb edilməsi üçün viza rejiminin asanlaşdırılması və turizmlə məşğul olan sahibkarlara əngəl yaradan məsələləri aradan qaldırmaqdır.Hamımız bir ağızdan deyirik ki, Azərbaycanda 9 iqlimə aid olan hava zonaları var. Bu o demək deyil ki, Azərbaycan bu hava üçün cəlbedicidir.Hökumət olaraq bu məsələ ilə bağlı işləməli, əngəlləri aradan qaldırmalı və inkişafı stimullaşdırmaq problem ilə məşğul olmalıdır”.

Ekspertin sözlərinə görə, dünyanın cəlbedici turizmlə məşğul olan ölkələri əhalisinin ikiqatı qədər turizm qəbul edir:

“Bu, yerli əhalinin 25-30 faizi civarındadır. Azərbaycan isə dünyada turizm istiqamətində cəlbedici ölkə hesab olunmur.Bu problemləri həll etmək lazımdır.Halbuki bizim buna potensialımız var. Potensialın olması isə turizm sahəsində cəlbedici ölkə olmaq deyil.Sadəcə olaraq həmin potensialı reallaşdırsaq, turizm ölkəsinə çevrilə bilərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.