İcra başçısının sökdürdüyü evlə bağlı məsələ böyüyür - Açıqlama/Yeniləndi

13-04-2019, 20:34           
İcra başçısının sökdürdüyü evlə bağlı məsələ böyüyür - Açıqlama/Yeniləndi
Abşeron rayon icra hakimiyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə Saray qəsəbəsində yaşayış evi uçurulub. Ev sahibinin sözlərinə görə, 1999-cu ildən həmin evdə yaşayırlar, bu gün - aprelin 13-də isə ailədə toy olmalıydı.

Tikili uçurularkən gəlinin cehizləri evdəymiş və bir çox əşyalar yararsız hala düşüb. Abşeron rayon icra hakimiyyətindən mətbuata verilən açıqlamada isə evin məhkəmə qərarıyla söküldüyü bildirilib.

Teref.az xəbər verir ki, millət vəkili Aqil Abbas sözügedən hadisəyə münasibət bildirərkən Sfera.az-a deyib ki, ölkə başçısının müvafiq sərancamına əsasən bu kimi tikililərə kupça verilməlidir. "Qanuni əsaslarla torpaq sahibisənsə 12 metrdən hündür olmamaq şərtilə həmin ərazidə layihəni icra orqanına təqdim etməklə fərdi ev tikmək olar”.

Aqil Abbas evi sökdürənin yox, tikdirənin yaddaşlarda yaşadığını vurğulayıb. "Bircə onu deyə bilərəm ki, yaddaşlarda tikdirən yaşayır, sökdürən yox. Kiminsə evini sökmək çox ağır məsələdi. Bu kimi halları qınayıram. Evi sökülən vətəndaş evini uçurduran qurumu məhkəməyə verə bilər. Həm də söhbət 20 ilin evindən gedirsə burada kifayət qədər araşdırmalı məqamlar var”.
Teref.az yazır ki, qalmaqal həqiqətən böyüməkdə davam edir və başqa başqa KİV-lərdə öz araşdırmaları ilə bu məsələyə qoşulurlar.
"Xəbərfakt.Az"İnformasiya Agentliyinin əməkdaşlarının apardığı araşdırmadan sonra məlum olmuşdur ki, Saray qəsəbəsində 1999-cu ildən məskunlaşmış vətəndaşın tikdirdiyi ev, başqa bir vətəndaşın dövlət qeydiyyatına alınmış torpaq sahəsində olub. Hüquqları pozulmuş şəxs məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qətnaməsi ilə torpaq sahəsinin boşaldılması qərara alınmışdır.
Azərbaycan Respublikası adından çıxarılmış Abşeron rayon Məhkəməsinin məlum qətnaməsini Abşeron rayon İcra şöbəsinin icraçıları qanunun tələblərinə uyğun olaraq icra etmişdirlər.
Teref.az qarşı tərəfin fikirlərini dinləməyə hazırdır!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.