"Bəs onda mən krediti hansı hesaba qaytarmışam?" - GİLEY

16-04-2019, 16:09           
"Bəs onda mən krediti hansı hesaba qaytarmışam?" - GİLEY
DİA.AZ-a müraciət edən Astara şəhər sakini Rəşad Həsənov üləşdiyi problemdən danışır.Narazı vətəndaş yazır:

"Hörmətli Dia.az saytı, 02.07.2014-cü il tarixində 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-nin Bərdə Filalından 8945 (səkkiz min doqquz yüz qırx beş) ABŞ dolları kredit borcu almağımla və kreditin 7613 (yeddi min altı yüz on üç) dollarını devalyasiyadan sonra 1.05 məzənnə ilə qaytarmağımla bağlı Sizə müraciət etmişdim.

http://www.dia.az/8/209362-demirbank-asc-legv-olunubsa-menim-ne-gunahim-var-ki.html

Lakin "Problemli kredit məlumatların sorğulanması"na borcalan kimi məlumatları daxil etsəm də, axtarış üzrə nəticə bugünədək tapılmadı. Mənim üçün maraqlı olan odur ki, bəs onda mən krediti hansı hesaba qaytarmışam? "Dəmirbank" ASC ləğv olunubsa yəgin sənədlər hardasa arxivdə qalmışdır. Onda niyə məni incidirlər. Mən ki, öz borcumu vaxtında qaytarmışam. Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmannın 1.1 bəndi (2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi) mənə şamil olunduğu halda niyə mən bu imtiyazdan məhrum edilməliyəm və hansı əsasla?

"Dəmirbank" ASC-yə ödədiyim qəbzləri Sizə göndərirrəm. İndi bilərsiniz ki, mən yalançı deyiləm".

https://e.mail.ru/attachment/15554105230000000336/0;1?x-email=dia-az%40mail.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru