CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – “Azərbaycan Dəmir Yolları”na ŞOK tövsiyə

16-04-2019, 19:23           
CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! – “Azərbaycan Dəmir Yolları”na ŞOK tövsiyə
2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının sayının 3 dəfədən çox azaldılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti bəyan edib.

Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı, təxminən, 22 min nəfərdirvə bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əmək haqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub.

Bu o deməkdir ki, qarşıdakı 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov hər il orta hesabla 5 min, ümumilikdə isə 15 mindən artıq əməkdaşı işdən azad edəcək. Lakin hətta bundan sonra da QSC-də orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcək. Onda sual olunur: Belə kütləvi ixtisardan sonra “Azərbaycan Dəmir Yolları”nda orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcəksə, o halda indi neçə manat təşkil edir?

Dərin araşdırmadan təxmin etmək olar ki, söhbət qəpik-quruşdan gedir…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru