Bakıda ayıq sürücü vətəndaşa 4 min manat ziyan vurub -"Taksim" şirkəti ziyanı ödəmir

18-04-2019, 10:57           
Bakıda ayıq sürücü vətəndaşa 4 min manat ziyan vurub -"Taksim" şirkəti ziyanı ödəmir
Bakıda ayıq sürücü avtomobil sahibini 4 min manat ziyana salıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxt sakini Vüsal Quliyevin başına gəlib.

O deyir ki, aprel ayının 4-də içkili olduğundan avtomobili idarə etmək üçün ayıq sürücü çağırıb. Gələn sürücü isə onun avtomobili ilə qəza törədib.

Vüsal Quliyev bildirir ki, hadisə baş verən zaman şirkət ona dəyən ziyanı ödəyəcəyini bildirib. Lakin sonradan bundan boyun qaçırıb.

Məsələylə bağlı ayıq sürücü xidməti göstərən "Taksim" şirkətinin mövqeyini öyrənməyə çalışdıq. Şirkətin 055 505 55 15 telefon nömrəsinə cavab verən əməkdaş rəhbərliyin bizimlə əlaqə saxlayacağını bildirib.

Lakin xeyli müddət keçsə də, qarşı tərəf geri zəng etməyib.

Dia.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.