Binəqədidə vəziyyət: İcra nümayəndəsi "düzələcək" deyir, "Azərsu" təkzib edir - VİDEO

23-04-2019, 00:00           
Binəqədidə vəziyyət: İcra nümayəndəsi "düzələcək" deyir, "Azərsu" təkzib edir - VİDEO
Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində, Yeni Yaşayış Massivi adlanan ərazidə sakinlər acınacaqlı şəraitdə yaşayırlar.

Minlərlə sakinin məskunlaşdığı qəsəbədə nə kanalizasiya sistemi, nə də rahat gediş-gəliş üçün yol var.

Qəsəbə sakinləri əlaqədar qurumlara müraciət etməkdən yorulublar, amma hələ də nəticə əldə edə bilməyiblər.

Sakinlər bildirirlər ki, yolların bərbad vəziyyətdə olması nəticəsində yağışlı günlərdə şagirdlər məktəbə gedə bilmirlər.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, biz artıq “Azərsu” ASC-yə müraciət etmişik, verilən məlumata görə, artıq həmin ərazi əsas layihəyə salınıb:

“Bu cür problemlər rayonun bir neçə ərazisində yaşanır. Məsələ İcra Hakimiyyətinin diqqətindədir”.

Məsələnin maraqlı tərəfi isə odur ki, icra nümayəndəsinin söylədiklərini “Azərsu” rəsmisi inkar edir. Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı YeniYaşayış Massivi ilə bağlı heç bir layihə olmadığını bildirir. Qurum rəsmisi bu ərazi ilə bağlı hər hansı maliyyə ayrılmadığını deyir.Oxu.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru