Təhsilimiz belə təhsil şöbə müdirlərinə görə çökür-Video
24-04-2019, 11:30

Ötən sayımızda Masallı təhsili ilə bağlı dərc olunan materalımızdan sonra redaksiyamıza xeyli müraciətlər daxil olmuşdur.Onlardan biri Masallı rayon Kürdəbaz kənd sakininin müraciətini olduğu kimi dərc edirik.
Masallı rayon Kürdəbaz kənd sakini Coğrafiya-Biologiya müəllimi Bədirov Əlizaman Hüseynbala oğlu tərəfindən
Müraciət
Möhtərəm Prezident, Hörmətli Mehriban xanım
Respublikamızda “rüşvətxorluq və korrupsiyaya” qarşı mübarizə aparıldığı bir vaxtda, Masallı rayonunda isə tam əksinə olaraq rüşvətxorluq və korrupsiya çiçəklənmə dövrünü yaşayır. Bu dediklərimi Masallı rayon təhsil şöbəsində baş verən qanunsuzluqlarla sübut etmək olar.
Masallı RTŞ-nin müdiri Əkbərov Tariyel 1996-cı ildə qəbul imtahanında 700 mümkün baldan cəmi 47 bal (?..) toplayaraq AzərbaycanMemarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakülltəsinə daxil olmuş, 2000-ci ildə bakalavr səviyyəsini bitirmişdir. Hərbi xidmətdən sonra rəsmi olaraq Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsində böyük mühəndis, faktiki isə həmin təşkilatda qapıçı vəzifəsində işləmişdir. Masallı RİH işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ixtisasartırma kursunda əyani təhsil alaraq “ riyaziyyat və informatika müəllimi” ixtisasına yiyələnmişdir. Masallı RİH işdən çıxdıqdan sonra bir gün də pedaqoji təcrübəsi olmayan Əkbərov Tariyel hansisa sehrli əlin köməyilə Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin edilir. 3 il sonra – 2010-cu ildə yenə həmin sehrli əl Əkbərov Tariyelı Şıxlar kənd ümumi orta məktəbin direktor kreslosundan birbaşa Masallı RTŞ-nin müdir müavini kreslosuna atır. Mudir müavini kimi illərlə “Dövlət Qulluğuna qəbul” imtahanından keçə bilməyən Əkbərov Tariyel hansı yollasa imtahandan azad edilmişdir. Nəticə olaraq sadəcə müsabiqədən keçməklə müdir müavini vəzifəsinə yiyələnmişdir. İxtisasartirma kursundan aldığı diplom Təhsil Nazirliyin əməkdaşları tərəfindən saxta elan edildikdən sonra məcbur olaraq yenə də hansı yollasa Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə ikinci ali təhsil almışdır. Maraqlıdır, ilk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4-cü sinif səviyyəsinin tələblərinə cavab verməyən Əkbərov Tariyel ikinci ali təhsili necə almışdır?
Əsl faciə isə 2016-cı ildə baş verdi. Masallı kimi həssas, ziyalı bir rayonun Təhsil Şöbəsinin müdiri vəzifəsinə Əkbərov Tariyel kimi savadsız və saxta diplomlu təyin edildi.
Bu təyinat 220 minlik Masallı əhalisinə və pedaqoji ictimaiyyətinə təhqir idi. Savadsızlığını yuxarıda diplomları haqqinda dediklərim təsdiq edir. “Xahiş” sözünü “xayiş” kimi “sentyabr” sözünu “sentiyabır” kimi yazan adam hansı savadın yiyəsi olmalıdır? Belə bir savad yiyəsi müəllimləri savadsızıqda günahlandırırsa, bu, təkcə Masallı təhsili üçün deyil, ümumilikdə Azərbaycan təhsili üçün faciə və təhqirdir.
Yeni dərs ilində mövcud qanunvericiliyə zidd olaraq, vakant dərs saatları olmayan məktəblərə 65 yaş həddini aşmış və meyarlara cavab verməyən müəllimlərin hər birindən 1000 – 1500 manat alınaraq , müvəqqəti müqavilə bağlanmışdır.
Paralel olaraq, ikinci iş yeri kimi, müəllimlərdən anoloji məbləğ alınaraq ( dərs saatlarının miqdarına uyğun) DQ –də az bal toplamış müəllimlərin yerinə təyinatlar aparmışdır.
RTŞ -nin müdiri Əkbərov Tariyel , əslində xəstə olmayan şagirdlərə saxta xəstəlik vərəqəsi açdırmış və həmin şagirdlərin evdə təhsilə cəlb olunmasına şərait yaratmışdır. Bu səbəbdəndir ki, evdə təhsil alan şagirdlərin sayı son illərdə 108 nəfərdən qalxmış, hətta 300 nəfəri keçmişdir. Halbuki Masallıda heç bir təbii fəlakət baş verməmiş, kütləvi qırğın olmamış, epidemiya və ya xəstəlik yayılmamışdır. Evdə təhsilə cəlb edilən şagirdlərin sayının belə artması Əkbərov Tariyelin şəxsi maraqlarına hesablanmışdır. Belə ki, bu şagirdlərin hər biri üçün ona 400 manat pul verilir. Korrupsiyanın miqyası aydındır. Əkbərov T. şəxsi maraqlarına uyğun olaraq, evdə təhsilə cəlb edilən, güya fiziki qüsurlu, əslində isə sağlam olan uşaqlarin əksəriyyəti hərbi xidmətə yollanır.
Son illərdə rayonda ali məktəblərə qəbul olunan abituriyentlər arasında 600 və daha yüksək bal toplayanların sayı əhəmiyyətli dərəcədə artıb. Bu tamamilə Əkbərov T. “xidməti” sayəsində mümkün olmuşdur. Belə ki , həmin şagirdlərin çoxu Bakı məktəblərindən “transfer” olunan şagirdlərdir ki, bir gün də məktəbə gəlməmiş, hətta bəziləri nəinki “oxuduğu” məktəbi tanımır, bəlkə də Masallının hansı zonada yerləşdiyini bilmir. Amma həmin şagirdlərin hər birinə görə Bakıdan Masallıya “transfer” olunması üçün Əkbərov T. 1500- 2000 manat rüşvət almışdır.
T.Əkbərovun özbaşınalıqlarını aşağıdakı ardıcıllıqla qısaca qeyd etmək olar.
1. 1996-сı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə 47 balla daxil olub.
2. Pedaqoji təhsili olmadığı halda 2008-ci ildə Şıxlar kənd ümumi orta məktəbinə direktor təyin edilir və 2010-cu ildə TŞ-nin müdir müavini təyin edilir.
3. Masallı RİH-da tikinti şöbəsində işlədiyi halda Gəncə Müəllimlər Universitetində ixtisas dəyişmə kursunda olumuşdur. Görəsən necə?
4. 2013-cü ildə ADPU-nin Riyaziyyat fakültəsinə qəbulu çox müəmmalıdır!
5. TŞ-nın müdir müavini işlədiyi 2011-2012-ci tədris ilində evdə təhsil alanların sayı 108 şagird olduğu halda 2012-2013-cü tədris ilində birdən-birə 100 şagird artaraq 208 şagird olmuşdur.
Bu da təqribən 35-40 sinif komplekti deməkdir.
Dövlət büdcəsinin ciddi mənimsənilməsi faktı.
6. 2016-2017-ci ildə müqavilə ilə işləyən bütün müəlimləri işdən azad edib 2017-2018-ci tədris ilində şəxsi marağı naminə yenidən işə bərpa etmişdir.
7. 2017-ci ildə Təhsil Nazirliyinin diaqnostik qiymətləndirmədə az bal toplayanlarla bağlı göstəriş verilir. Bu göstəricini 10% elan edir və müəlimlərin dərs saatının azalmasına və süni şəkildə vakant yerlər yaradılır.
8. Rayonda 300 dən artıq müddətli müqavilə ilə qanunsuz olaraq müəllimlər işə qəbul edilir.
9. 65 yaşı tamam olmuş 50-yə yaxın müəllimlərlə bir illik müqavilə bağlanır.
10. TN-nin vakansiyasına çıxarılmayan ixtisaslar üzrə vakant yerlər yaradılır və direktorlardan məcburi təqdimat alınıb qeyri-qanuni müəllimlər işə qəbul edilir.
11. Məktəblərin invertarlaşdırılmasında qiymətlərin pərakəndə satışda olan qiymətlərdən 3-4 dəfə artıq göstərməklə büdcə vəsaitinin mənimsənilməsi.
Hətta bəzi məlumatlara görə məktəblər invertarlaşdırılmadığı halda sənədləşmə aparılmış nəğd vəsait mənimsənilmişdir.
12. Şəxsi maraqları naminə 400-500 manat qarşılığında 260-270-dək evdə təhsil kursları təşkil edilir reallıqda deyil sənəd üzərində mövcud olması nəticəsində büdcə vəsaitinin qanunsuz mənimsənilməsi mövcutdur.
13. Hər 3-4 aydan bir üç minlik müəllim ordusunun əmək haqqından 10-12% məbləğində mətbuata abunə ad altında pul yığılması, aylıq haqqın yığılması və s. qanunsuz əməllərinin sayını artırmaq olar.
14. Həbsdə olan və Rusiya Federasiyasında yaşayanların rayonun təhsil müəssisələrində işlə təmin etmə məharəti.
15. Dekabr 2017-ci il tarixində Maliyyə Nazirliyinin yoxlamasını bəhanə edərək rayon müəllimlərinin əmək haqqının 10%-ni yığılması hesabına külli miqdarda vəsaitin mənimsənilməsi.
16. Ən acınacaqlı hal ondan ibarətdir ki, Respublikada narkomaniyaya qarşı mübarizə aparıldığı halda T.Əkbərov onun qanunsuz əməllərinə etiraz edənlərə “Narkomanlara pul verib sizi döydürəcəyəm” deməkdən belə çəkinmir.
17. H.Əliyev fondunun məktəblərə hədiyyə etdiyi M.C.Paşayevin əsərlərindən ibarət 350 kitabın satılaraq hədiyyədən pul qazanması.
18. Rayon məktəblərində evdə təhsil kurslarının Təhsil Nazirliyi tərəfindən yoxlanılacağı adı ilə həmin müəllimlərdən pul yığılmağına başlanılmışdır.
19. Aprel ayından məktəblərdən yığılan haqqın iki qat artırılmasıdır. Hətta direktorlara bildirir ki, şəklimi çəkib istədiyiniz yerə müraciət edə bilərsiniz. Mən qapılar açıram, xərcim çıxır və s.
20. 2018-ci tədris ilində eksternat yolu ilə imtahan verən 431 şagirdin hər birindən 50 AZN-dən pul yığılması.
21. Fevral 2019-cu ildə direktor müavinlərindən hesabat adı ilə 100 AZN –dən pul yığılması.
22. Saxta diplomlu və 10 ildən artıq müəllimlikdən uzaqlaşmış şəxslərdən rüşvət alaraq TŞ-ya metodist və hətta məktəb direktoru təyin etməsi.
23. Fevral 2019-cu il tarixində rayon məktəblərinin Tarix müəllimlərinin hər birindən 50 manat pul yığılması.
24. Son günlər məktəb direktorlarından 500-1000 manat məbləğində pul yığılmasına başlanılmışdır.
Mənim işsiz qalmağımın əsas səbəbi isə, AR-nın Prezidenti İ.Əliyev cənablarının məlum fərmanını dəstəkləyərək, işlədiyim təhsil və digər sahələrdə qarşılaşdığım rüşvətxorluq faktları barədə aidiyyatı orqanlara müraciət etməyimdir.
Bütün bunlar bir daha sübut edir ki, mənim işsiz qalmağım Masallı RİHB-nın səlahiyyətlilərinin göstərişi ilə TŞ-nın mafioz müdiri T.Əkbərov tərəfindən qərəzli və qeyri-qanuni çox məharətlə icra edilir.
İşləyib işləməməyimdən aslı olmayaraq rastlaşdığım rüşvətxorluq faktları barədə ölkə Prezidentimizə və digər orqanlara müraciət edəcəyəm.
Masallı rayon Təhsil Şöbəsi hal hazırda təhsil ocağını deyil, bazarı xatırladır. Ölkəmizdə məşhur olan Binə, Sədərək ticarət bazarı çökməkdə olduğu halda Masallı Təhsil “bazarı” T.Əkbərovun mühəndislik məharəti nəticəsində “çiçəklənmə” dövründədir.
Elə güman edirəm ki, Masallı rayonunda hökm sürən məmur özbaışnalıqlarına son qoyulması və mənim 36 illik pedaqoji fəaliyyətimi davam etdirməyim üçün göstəriş veriləcəkdir.