Xırdalanda həyat iflic oldu: yollar tamamilə sıradan çıxıb-VIDEO

24-07-2019, 19:21           
Xırdalanda həyat iflic oldu: yollar tamamilə sıradan çıxıb-VIDEO

Xırdalanda yolların iflic vəziyyətinə düşməsi ciddi problemlər yaradıb.

AzFakt.com xəbər verir ki, şəhərin daxilində təmir-tikinti işlərinin aparılması nəqliyyatın və piyadaların hərəkətində çətinlik yaradıb. Bəzi küçələrdə təmir-tikinti işlərinin başa çatmasına baxmayaraq, avtomobil yolları sanki müharibə şəraitindəki bir şəhərin küçələrini xatırladır. 2006-cı ildə şəhər statusu alan Xırdalanda yağışlı günlərdə palçığa batmadan hərəkət etmək mümkün deyil.

Xırdalan şəhərində uzun müddətdir davam edən bu duruma dəfələrlə tanınmış şəxslər etirazlarını bildirsələr də, heç bir dəyişiklik yoxdur. Abşeron rayon İcra Hakimiyyəti şəhər yollarının iflic olmasını digər qurumların üstünə yıxmaqla özünü vəziyyətdən "çıxartmağa" çalışır.

Qeyd edək ki, Xırdalan şəhərindəki bərbad yol problemi ilə İctimai Televiziya da reportaj hazırlayıb. Həmin reportajdada açıq görünür ki, şəhərin yolları tamamilə sıradan çıxıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru