"Oba" Marketlər şəbəkəsi niyə baxımsızdır?-Jurnalist həyacan təbili çalır

24-09-2019, 18:01           
"Oba" Marketlər şəbəkəsi niyə baxımsızdır?-Jurnalist həyacan təbili çalır
Tanınmış jurnalist Nuranə Abdullayeva facebook profilində Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən "Oba" mağazalar şəbəkəsinkn baxımsız olmasından şəkil və status paylaşıb.Analoq.az jurnalistin statusunu olduğu kimi təqdim edir:

"Səhər saatlarında qızımı məktəbə aparan zaman bu iyrənc görüntülərin şahidi oldum və “Oba” marketlər şəbəkəsinin Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən mağazası haqda status paylaşmaq məcburiyyətində qaldım.

Qeyd edim ki, “Baxımsız qalan "OBA Marketi" Bakı şəhəri, Qaradağ Rayonu Səngəçal qəsəbəsində yerləşir "OBA Market" toz- torpaq içindədir və zibillik baş alıb gedir.Belə ki, market zamanında açıq olmadıgı üçün çörəyi gətirən firma çörəkləri yol kənarında qoyaraq tərk edirlər.

Niyə "Oba marketi" insanların qidalarına və sağlamlıqlarına ciddi yanaşmır?”Məsələ ilə bağlı araşdırma apardım.

Təəssüflər olsun ki, Səngəçal qəsəbəsi diqqətdən kənarda qalıb və kimsə də nəzarət etmir"

Jurnalistin statusuyla bağlı " Oba" mağazalar şəbəkəsinə zəng edib münasibət öyrənmək istəsək də şirkətin nömrələrindən zəngimizə cavab verən olmadı.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.