Sabunçu polisi vətəndaşın dadına çatdı: başdaşı fırıldağı…

25-09-2019, 08:11           
Sabunçu polisi vətəndaşın dadına çatdı: başdaşı fırıldağı…
Azərbaycan polisi hər zaman vətəndaşının müdafiəçisi, təhlükəsizliyinin keşikçisi, dara düşəndə xilaskarı olub.

Daxili İşlər Nazirliyi elə bir vətəndaşın müraciəti yoxdur ki, onu gözardı eləsin, araşdırmasın, qəbula gələni qapıdan qaytarsın.

Bu mənada ölkədəki dövlət orqanları arasında həmişə fəaliyyəti, vətəndaşlara münasibətdə həssaslığı təqdir edilən qurumlardan biri də DİN və onun ayrı-ayrı strukturlarıdır.

Elə bu günlərdə vətəndaş Teymur Kərimovun başına gələn hadisə növbəti dəfə Azərbaycan polisinin haqlının yanında, haqsızın qarşısında olduğunu nümayiş etdirdi.

Üstəlik, məsələ nə mediada ictimailəşdirilib, nə hər hansı şikayət olub ki, kimlərsə bunun KİV-də işıqlandıqdan sonra araşdırıldığı qənaətinə gəlsin.

Əksinə, sadəcə, vətəndaş T.Kərimovun müraciətinə baxılıb və üzləşdiyi problem həllini tapıb.

Reportyor.info xəbər verir ki, T.Kərimov paytaxtın Sabunçu rayonu, Əmir Bağırov 14, A/1 ünvanında yaşayır. O, vəfat etmiş anasının və qardaşının məzar daşlarının düzəldilməsi üçün Əhməd adlı bir şəxsə 4100 manat ödəyir.

Lakin ağlına da gəlmir ki, bu ölkədə qəbirdaşı düzəldən də fırıldaqçı çıxa bilərmiş. Əhməd adlı şəxs onu süründürür, yola verir, aldadır və bu minvalla 2 ay yarım gözlədir, nə başdaşı hazırdı, nə ortada iş var.

T.Kərimovun sözlərinə görə, bu məsələdən bezərək 102 Xidmətinə zəng vurur. Sabunçu rayon polis şöbəsinin rəis müavini Şaiq Əliyevin yanına gedir.

Rəis müavini vətəndaşı dinlədikdən sonra operativ şəkildə göstəriş verir, müvafiq addımlar atılır və məsələ tezliklə həllini tapır.

Bu faktın özü-özlüyündə bir daha DİN-də və onun yerli şöbələrində işin necə qurulmasını, polisin vətəndaşın müraciətlərini qulaqardı etməməsini təsdiqlədi.

Azərbaycan vətəndaşları polisə və onun nazirinə etdiyi müraciətlərə böyük inam bəsləyir. Çünki polis etimadı doğruldub, hər bir şəxsin işi araşdırılır, hətta hansısa bölmədə şikayətə həssaslıq göstərilməyibsə, vətəndaş əmindir ki, onun məktubu nazirliyə çatar-çatmaz DİN-də müvafiq şöbə tərəfindən dərhal reaksiya veriləcək.

Odur ki, T.Kərimovun müraciəti də bu qəbildən olan müsbət hadisələrdən biridir. Necə ki, ötən həftələrin birində yolda halı pisləşən xanım sürücüyə Sumqayıt yol polisi əməkdaşları tərəfindən dərhal ilkin tibbi yardım göstərilmişdi.

Azərbaycan xalqı polisinə inanır, güvənir və hər addımında özünü təhlükəsiz hiss edir ki, arxasında dövləti, onun rəşadətli, vətənpərvər polisi var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.