Bakıda tikinti gedən binada yaşayış var: Məsuliyyətsizlik, yoxsa məcburiyyət / FOTOLAR

29-09-2019, 14:29           
Bakıda tikinti gedən binada yaşayış var: Məsuliyyətsizlik, yoxsa məcburiyyət / FOTOLAR

Sosial şəbəkədə yayılan foto izləyicilərin marağına və təəccübünə səbəb olub.

Belə ki, Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbində tikilən binalardan birindən çəkilən qeyri-adi görüntü diqqət mərkəzinə düşüb.

Hələ yarı tikilmiş binada tikinti işlərinin davam etməsi ilə yanaşı, orada olan mənzillərdən birində yaşayışın olduğu aydın görünür.

Bu qeyri-adi hal kimi nə qədər maraqlı olsa da, insan həyatının risqə atılması baxımından bir o qədər də təhlükəlidir. Normal düşüncə sahibi bu şəraitni, yəni tikintisi davam edən binada yaşayışın həyat üçün nə qədər təhlükəli olduğunu anlaya bilər. Bunu çoxmərtəbəli bina tikən insanlar bilməmiş olmazlar.

Görünür, binanın tikintisini aparan şirkət hansısa səbəbdən bu mənzərə ilə qarşılaşmaq məcburiyyətdə qalıb.

Tikintini aparan şirkət barədə məlumat verilməyib.(Bizimyol.info)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru