Deputat: "Maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram, BNA ölmüş şəxsə də cərimə yazır”

30-09-2019, 20:28           
Deputat: "Maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram, BNA ölmüş şəxsə də cərimə yazır”
“Mən özüm partiya sədriyəm, qərargahın qarşısında maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram.

Şəhərdə parklanma yerləri yoxdur, amma gəlib hamını cərimələyirlər”.

Teref.az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, həmin adamların məqsədi odur ki, daha çox cərimə yazıb ondan faiz tutsunlar:

“Cərimələrlə bunların maddi vəziyyətinin yaxşılaşdırılmasını istəyiriksə, eybi yox, qoy, dövlət bir az ziyana düşsün, amma bunların əməkhaqqını artıraq.

Cərimələri yazmaqla nə qədər insanda narazılıq yaradırlar.

Parklanma yeri yoxdur, amma gəlib hamını cərimələyirlər.

Ötən dəfə də demişdim ki, bir nəfər ölmüş vətəndaşın vəsiqəsi əllərinə düşmüşdü, ona da cərimə yazmışdılar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru