Aydın Əliyevin baldızını aldadan bəstəkar hakim qarşısına çıxarılır - 400 min dollarlıq iş

1-10-2019, 19:20           
Aydın Əliyevin baldızını aldadan bəstəkar hakim qarşısına çıxarılır - 400 min dollarlıq iş
Gömrük polkovniki Şadiyə Salehliyə 400 min dollardan çox dələduzluq etməkdə təqsirləndirilən bəstəkar Tural Bayraməliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

T. Bayraməliyev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı polkovnik Ş.Salehli hüquq-mühafizə orqanlarına şikayət edərək T.Bayraməliyev onu şərikli biznes qurmaq adı ilə aldadıb və 405 min ABŞ dollar məbləğində pulunu alıb.

Şikayət əsasında T. Bayraməliyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, T. Bayraməliyev hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin dayısı oğlu, Bakı Gömrük Komitəsinin sabiq sədri Vüsal Novruzovun qohumdur.

İş üzrə zərərçəkən Ş. Salehli isə sabiq DGK sədri Aydın Əliyevin baldızıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru