Sakinlər yaşadıqları binanın ətrafını cəhənnəmə çevidilər, “Melissa Park” biabırçılığı

4-10-2019, 15:19           
Sakinlər yaşadıqları binanın ətrafını cəhənnəmə çevidilər, “Melissa Park” biabırçılığı
Blogger Saleh Nəsirovun sosial şəbəkədə paylaşdığı bir videogörüntüyə etinasız qalmaq mümkün deyil. “Melissa Park”a dostunun evinə qonaq gedən bloggeri qonşuların yeni tikilmiş binanın ətrafında yaratdığı zibillik heyrətləndirib.
Hər dəfə bir ağac kəsiləndə, bir yerdə bir başlaca natəmizlik görədə telefonları əlləriə alıb Ekologiya və Milli Sərvətlər Nazirliyini, yerli icra orqanlarını topa tutanlar, yəni sadə insanlar bu dəfə özləri ekologiyanı korlayırlar, həm də bilərəkdən. Saleh Nəsirovun dediyinə görə, bu binanın sakinləri zibil atmaq üçün özlərinə əziyyət vermədən əllərinə keçən nə varsa, bütün tullantıları pəncərədən üzüaşağı atırlar. Nəticədə də belə xoşagəlməz vəziyyət yaranıb.

Bizimyol.info olaraq, “Melissa Park” rəhbərliyi ilə əlaqə saxlayıb, aydınlıq gətirmək istəsək də telefonla heç bir münasibət bildirmək istəmədiklərini dedilər.

Düzdür, hər ay kommunal xərclərə görə sakinlərdən ödəniş pulu toplayan bina sahibləri bu məsələyə biganə qalmamalıdırlar. Yəqin nazirlik də cərimə tətbiq etməklə bu görüntünün səbəbkarlarını cəzalandıracaq. Amma o da var ki, bu binada düşmənlər deyil, hansısa qəbilə sakinləri deyil, müasir azərbaycanlılar, bizim insanlarımız yaşayırlar. Oturduğumuz ağacı kəsmək niyə?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.