BNA sumqayıtlı sürücülərə də problem yaradır... - GİLEY

4-10-2019, 15:36           
BNA sumqayıtlı sürücülərə də problem yaradır... - GİLEY
"Mən və mənim kimi bir çox Sumqayıt şəhərində taksi fəaliyyəti ilə məşğul olan sürücülər artıq nəqliyyat müfəttişlərinin əlindən cana yığılmışıq". Bu sözlər DİA.AZ-a daxil olan müraciətdə yer alıb.

Narazı vətəndaş yazr: "Belə ki, atalar misalında olduğu kimi onlar sankı "dovşana qaç deyirlər, tazıya isə tut deyirlər". Dəfələrlə yığışıb narazılıqarımızı bildirsək də bizim haqlı narazılığımıza qulaq asan yoxdur. Bizi qanunsuz taksi fəaliyyətində günahlandıraraq cərimə edən Nəqliyyat müfəttişləri əgər bizim müqavilə bağlayaraq çalışdığımız özəl taksi şirkətlərinin fəaliyyətini qanunsuz sayırlarsa niyə Nəqliyyat idarəsinə tabe olan şəhərdaxili avtobuslarda həm video həm də digər reklam visitələri ilə taksi şirkətlərini reklam edirlər?"

Dia.az-a yyazan Sumqayıt sakini Qəzənfər Ağayev bildirir: "Axı bu necə qanun qaydadır ki, Sumqayıt Nəqliyyatdan aldığımız fərqlənmə nişanı ancaq Sumqayıt şəhərində qüvvədədir, Bakıya sərnişin apardıqda bu fərqlənmə nişanı Bakıda nəzərə alınmır".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru