Azərbaycanın ən böyük ticarət mərkəzilərindən biri sökülür? - VİDEO

10-10-2019, 11:16           
Azərbaycanın ən böyük ticarət mərkəzilərindən biri sökülür? - VİDEO
Tez-tez yanğınların baş verdiyi Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində söküntü işlərinə başlanılıb.

Teref.az bizimyol.info-ya istinadən xəbər verir ki, söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan yerdə aparılıb.

Bu ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb.

Söküntü ərazisindən hazırlanan videoreportajı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru