Cavanşir Feyziyev oğluna dəbdəbəli toy etdi -VİDEO

23-12-2019, 04:04           
Cavanşir Feyziyev oğluna dəbdəbəli toy etdi -VİDEO
Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə dəbdəbəli toy keçirib. Pravda.az-ın xəbərinə görə, mərasim paytaxtın ən prestijli otellərindən biri JW Marriott Absheron Baku-da təşkil olunub. Şəkinin oliqarx deputatının oğlu Orxan Feyziyev Pınar adlı xanımla ailə həyatı qurub.
Toy mərasimində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Röya Ayxan, Miri Yusif, müğənni Azad Şabanov, digər populyar ifaçılar və sənət adamları iştirak edib.

Cütlüklər bu ilin oktyabrında nişanlanmışdılar. Onların dəbdəbəli nişan mərasimi "Four Seasons Hotel Baku" otelində baş tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.