Ağsunun icra başçısı da elə belə işləyir... - İTTİHAM

23-12-2019, 09:58           
Ağsunun icra başçısı da elə belə işləyir... - İTTİHAM
"Prezident ilin əvvəlindən başlatdığı sosial-iqtisadi , məhkəmə - hüquq islahatları ilin sonunda səs-küylü həbslərlə gerçəkliyini tam ortaya qoydu . İş başında yaxalanan icra başçısı , müavinlə yanaşı keçmiş icra başçısının da eyni motivlərlə həbs olunması hazırda görəvdən alınan icra başçılarının “kürkünə birə salıb “ . İstənilən an qara maskalılar qara mantiyalı hakimlərin qərarı ilə onların kürkünü məhbəs geyimi ilə əvəz edə bilər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Yayılan məlumatlarda Yevlaxın keçmiş icra başçısının Qarabağ əlili , şəhid ailələrinə yardım adına yığılan puldan aylıq 8 min manatı çırpışdırması əlil-şəhidin qanına susamaqla yanaşı, mənəvi aşınmanın göstəricisi sayıla bilər . Prezidentin xalqın bir saylı xidmətçisi olduğunu sözdə və işdə göstərməsi , məmurların xalqa xidmət etməli olmasını hər çıxışında təkrarlaması hara , məmurun , icra başçısının Qarabağ əlili , şəhid ailələrinin çörək , qan pullarını yeməsi hara ? Təsəvvür edin , Ağsu RİH başçısı , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mütəşəkkil cinayətkar dəstə şəklində kəndin yeganə torpaq sahəsi ayrılmayan yeganə zabit Qarabağ əlilinin 22 ildir istifadəsində olan torpaq sahəsini Heydər Əliyev fondunun adından çıxarılan dələduzluqla ələ keçirib , şəhidi olmayan kənddə kənd sakini olmayan , kənd məktəbində oxumayan , faciəli şəkildə yanaraq dünyasını dəyişən 13 yaşlı uşağın xatirəsinə biri məktəbin həyətində , biri yol qırağında 2 süni bulaq abidəsi inşa edilib! Prezident Administrasiyasından bu “abidə”lərin sökülməsi tapşırılsa da , tapşırığıa hələ də əməl edilməyib , sadəcə üstünə qara örtük çəkilib . Kəndin qəbristanlığını isə bu mənəviyyat dəllalları – icra başçısı , kənd icra nümayəndəliyi və bələdiyyəsi qonşu kəndin icra nümayəndəsinə satıblar".

Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru