"Qocaların əlini öpməkdənsə bir kəndin mağazaya olan borclarını sildirəydiniz..."

26-01-2020, 09:38           
"Qocaların əlini öpməkdənsə bir kəndin mağazaya olan borclarını sildirəydiniz..."
"Rayonlarda icra başçıları nəzərdə tutulan namizəddən başqa hamıya təzyiq edirlər. Onlar qanunu veclərinə almırlar. Xüsusi adamlar vasitəsiylə nəzərdə tutulan namizəddən başqa hamının şəkillərini cırdırırlar".

Moderator.az-ın məlumatına görə, bunu tanınmış tarixçi alim Dilavər Əzimli sosial şəbəkədə yazıb.

"Bəzi namizədlər özlərini təbliğ etmək üçün iyrənc üsullara əl atırlar. Məsələn, qocaların əllərini öpürlər. Yaxşı olardı ki, bir kəndin mağazaya olan borclarını sildirəydiniz. Kəndlərdə adamlar var ki, aylarla ət yeməyə həsrətdirlər. İnsanlar köhnə deputatlara nifrət edirlər. Biz hara gedirik? Ölkədə köhnə sistem bütün islahatların qabağını alır. Rayonlarda icra rəhbərləri ölkə başçısına yalan məlumatlar verirlər. Bu gün deputatlığa namizədlərin əksəriyyətini maraqlandıran deputat olub kef çəkməkdir. Bu da Vətən maraqları baxımından olduqca zərərlidir. Ölkəni bəlalardan xilas edə biləcək insanlara üstünlük vermək lazımdır", - deyə alim qeyd edib.

Xatırladaq ki, Lerik şəhərində, Zuvand ərazisində, Monidigah kəndində və Dırığ mahalı kəndlərində deputatlığa namizəd Vasif Qafarovun seçki plakatları cırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.