Taleh Qaraşov da seçkidə qurban gedəcək... - İDDİA

28-01-2020, 16:35           
Taleh Qaraşov da seçkidə qurban gedəcək... - İDDİA
"Özünün bütün varlığı ilə seçkilərə "daxil olan" Lənkəranın icra başçısı Taleh Qaraşov əslində qanunlara görə, açıq şəkildə hüquq pozuntusuna yol verməkdədir". Bu sözləri DİA.AZ-a yazan lənkəranlılar bildirirlər ki, Taleh Qaraşov sanki kimdənsə əmr alıbmış kimi 9 fevral seçkilərinin nəticələrinə təsir etməyə çalışır.

Sakinlər dia.az-a yazır: "Taleh Qaraşov bu gün YAP namizədlərinin əlində seçki maşınına çevrilib. Halbuki cənab Prezident məhz bu cür icra başçılarının cəzalanacağını dəfələrlə vurğulayıb. İndi belə davam edərsə, Taleh Qaraşov seçkilərin ilk qurbanlrından biri olacaq. Bunu sübutlarla biz təsdiqləyəcəyik və inanırıq ki, hörmətli ölkə rəhbərliyi bu gün özünü Hadı Rəcəbli kimi xalqdan uzaq düşmüşlərin vəkili kimi aparan Taleh Qaraşova da layiqli cəza verəcək".

Qeyd edək ki, dia.az-a daxil olan müraciətdə əlavə ittihamlar da var ki, bu barədə sübutlar təqdim olunandan sonra daha geniş bilgiləri diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru