Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti bu gün başa çatır

4-02-2020, 08:40           
Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti bu gün başa çatır
Bu gün Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, yəni, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir.

Fevralın 4-də, həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru