Şirvanlılar İltizam Yusifova qarşı çıxdılar - Deputatlığa namizədin məzxərəyə qoyulduğu deylir

6-02-2020, 20:37           
Şirvanlılar İltizam Yusifova qarşı çıxdılar - Deputatlığa namizədin məzxərəyə qoyulduğu deylir
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Yusifov İltizam Balayusif oğlu, şəhərin "Vasmoy" adlanan ərazidə və bir neçə uçuq evlərin tinində görüş keçirmək istəyən namizəd seçicilərlə qalmaqal yaşayıb.

İxa.az xəbər verir ki, seçicilər namizədə etiraz edib, onu deputat görmək istəmədiklərini deyib.

İltizam Yusifov seçicilərlə çətin anlar yaşadığı üçün həmin yeri tərk edib.

İddialara görə. Şirvan şəhərində bir neçə böyük tayfa da deputatlığa namizəd İltizam Yusifova qarşı çıxıb. Onlar namizədə bir neçə gərginlik yarada biləcək suallar verib, "sən get nöyüt şefin gəlsin, ona səs verək" deyerək məzxərəyə qoyulduğu bildirilir.

Tərcümeyi halı

Yusifov İltizam Balayusif oğlu

01 Dekabr, 1963-cü ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub. Şəhər 9 saylı orta məktəbinin məzunudur. Moskva Enetgetika institutunu bitirib. Əmək fəaliyyətinə 1986-cı ildə Neft Gaz Avtomat Elmi-İstehsalat Birliyinin Avtomatika və Telemexanika zavodunda başlayıb. Sonradan “Shirvan Oil” Birgə Müəssisəsində işləyib. 2003-cü ildən həmin müəssisədə rəhbər vəzifədədir. Müəssisənin Bölgə direktoru olub, hal-hazırda” “Shirvan Operating Company ltd” şirkətində Vitse-Prezidentidir.

Texnika üzrə fəlsəfə Doktorudur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.