7 məşhur dairədən 1-i siyahıdan silindi

10-02-2020, 10:10           
7 məşhur dairədən 1-i siyahıdan silindi
Milli Məclisə növbədənkənar seçkilər üzrə 119 dairədə keçirilən səsvermənin nəticələrinə dair protokollar məlum olub.

Axar.az xəbər verir ki, protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin saytında yerləşdirilib.

6 dairə - 35 saylı Xətai üçüncü seçki dairəsi, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 77 saylı Astara seçki dairəsi, 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə protokollar hələ sayta yerləşdirilməyib.

Qeyd edək ki, bundan öncə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ötən gün baş tutan parlament seçkilərinin ilkin nəticələrini açıqlayarkən, 118 dairənin liderlərinin adını çəkmişdi. Nəticəsi məlum olmayan 7 dairədən biri - 17 saylı Yasamal üçüncü seçki dairəsi – Elnur Allahverdiyev (61,1%) idi ki, hazırda açıqlanan protokollarda həmin dairənin nəticələri artıq məlumdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru