Əhaliyə zəhərli spirt satılır – Araşdırma başladı

10-04-2020, 15:59           
Əhaliyə zəhərli spirt satılır – Araşdırma başladı
Zəhərlənən şəxslər metil spirti içiblər. Bu spirt satışda olmamalıdır, onu əhaliyə satmaq qadağandır.

Teref.az xəbər verir ki, bu sözləri baş toksikoloq Azər Maqsudov Teleqraf.com-a geniş müsahibəsində koronavirusa görə spirt içib zəhərlənən şəxslər haqda deyib. O bildirib ki, metil spirti kimya sənayesində işlənən məhluldur:

“Aptekdən satılan tibbi spirtin tərkibində də metil spirti aşkarlanıb. Bunun necə olması haqqında Qida Təhlükəsizliyi Agentliyi araşdırmalar aparır”.

Baş toksikoloq metil spirtini tibbi spirtdən ayırd etməyin çətin olduğunu deyib:

“Metil spirtinin qoxusu və rəngi tibbi spirtdən fərqlənmir. Tərkibi oxşardır. 30 milli litrdən çox qəbul etdikdə ölümcül doza verir. Biz şahidi də olduq, müraciət edən 13 xəstədən 8 nəfərinin ölüm səbəbi metil spirti içmələridir”.

A.Maqsudov qeyd edib ki, metil spirti görmə qabiliyyətini pozur və korluq əmələ gətirir:

“Daha sonra beyin mərkəzlərinin, qaraciyərin funksiyasını sıradan çıxarır. Beyinin fəaliyyətini korladıqdan sonra nəfəs mərkəzi zədələnir və ondan irəli gələn fəsadlaşma başlayır. Bu zaman xəstə ürək, ağciyər çatışmazlığından həyatını itirir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru