Milyonlara başa gələn E-sosial.az saytı çökdü - Foto

10-04-2020, 16:01           
Milyonlara başa gələn E-sosial.az saytı çökdü - Foto
İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmələrin alınması ilə əlaqədar qeydiyyatın aparıldığı e-sosial.az saytı saat 15:00-a kimi fəaliyyətini dayandırıb.

Vətəndaşlar sayta daxil olan zaman profilaktik işlərlə əlaqədar saytın fəaliyyətinin dayandırılması və 15:00-da yenidən fəaliyyətə başlayacağı ilə bağlı xəbərdarlıq edilir.

Qeyd edək ki, bu gün saat 10:00 radələrindən sayta daxil olmaq mümkün olmayıb. Bir qədər əvvəl isə vətəndaşlara sözügedən xəbərdarlıq edilib.

Xatırladaq ki, bu gün qeydiyyat Bakı ərazisində Suraxanı, Sabunçu rayonları, bölgələrdə isə Şəki, Tovuz, Şəmkir, Gəncə, Gəncə-Kəpəz, Gəncə-Nizami, Zaqatala, Yevlax, Qəbələ, Qazax, Göyçay, Goranboy, Şamaxı, Ağstafa, İsmayıllı, Balakən, Ağsu, Gədəbəy, Qax, Göygöl, Samux, Zərdab, Oğuz, Daşkəsən şəhər və rayonları üçün açıqdır. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru