Masazırda “Məzun evi”ndə 50-dən çox ailənin ərzağı yoxdur – Nazirlikdən cavab: “Ərzaq paylamırıq”

12-04-2020, 09:33           
Masazırda “Məzun evi”ndə 50-dən çox ailənin ərzağı yoxdur – Nazirlikdən cavab: “Ərzaq paylamırıq”
Abşeron rayonu Masazır qəsəbəsində uşaq evləri və internat məktəblərinin məzunları üçün nəzərdə tutulan binada yaşayan 50-dən çox ailənin ərzağı yoxdur.

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Ramina Eyvazqızı məlumat verib.

R.Eyvazqızı deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə hələ də uyğun "190 manat sahibini" axtarır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə deyib ki, nazirliyin işinin qənaətbəxş olmadığını demək qədər asan söz yoxdur: “Nazirlik öz işinin öhdəsindən lazımi səviyyədə gəlir. O ki qaldı vətəndaşlarına şikayətlərinə, bir çox hallarda sui-istifadə halları, vəziyyətdən istifadə edənləri görürük. “Məzun evi”ndə karantin dövründə 130 ailəyə şirkətlər, fiziki şəxslər tərəfindən ərzaq payı verilib. Əgər şikayət edənlər bunu deməyiblərsə, onların səhvidir. Kiminsə narazılığı, problemi varsa, müraciət edə bilər. Bir daha qeyd edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ərzaq paylamır, şirkətlər öz təşəbbüsü ilə ərzaq paylamaq istədiyini bildirir, biz də bu təşəbbüsü yüksək qiymətləndirir, çətin dövrdə həmrəylik, milli birlik kimi qəbul edirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.