Vüqar Səfərli həbs olunacaq? - Yeyinti şübhəsi...

14-04-2020, 09:05           
Vüqar Səfərli həbs olunacaq? - Yeyinti şübhəsi...
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş İcraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti təftiş olunur.

BakuPost xəbər verirki, yeni icraçı direktor Əhməd İsmayılov təhvil-təslim apararkən ciddi çatışmazlıqların, qanun pozuntularının olduğunu aşkarlayıb və bundan sonra araşdırmalara başlanılıb.

Bundan ötrü fondun əməkdaşlıq etdiyi mətbuat orqanları, ayrı-ayrı qurumların siyahısı hazırlanıb.

Fondun əməkdaşları ilə söhbətlər aparılıb, müəyyən informasiyalar əldə edilib.

İlkin nəticələrə görə, V.Səfərli fondda özünə yaxın bir neçə nəfər, eləcə də kənardakı dostlarının qeyri-hökumət təşkilatları və mətbu orqanları ilə əməkdaşlıq edib, əsasən onlara layihə ayırıb. Bu illər ərzində daha çox vəsait ayrılan təşkilatlardan biri də Milli Televiziya və Radio Şurasının keçmiş sədrinə aiddir.

Məlumata görə, araşdırmalar bitəndən sonra yeni sədr “yuxarılara” məruzə edəcək. Bundan sonra V.Səfərli haqqında aparılan araşdırmaların nəticələri barədə mətbuata məlumat veriləcək.

Onu da qeyd edək ki, yeni sədr fondda artıq kadr islahatlarına da başlayıb. Keçmiş sədrə yaxın olan bir neçə nəfərin müqavilələrinə artıq xitam verilib.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru