Lerikin icra başçısı rayondan çıxıb bir daha geri qayıtmayıb- ŞOK

14-04-2020, 09:57           
Lerikin icra başçısı rayondan çıxıb bir daha geri qayıtmayıb- ŞOK
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov ölkədə karantin elan olunmazdan əvvəl rayonu tərk edib.

Bu barədə dosye.org-a rayon sakinləri məlumat verib. Belə ki, icra başçısı karantindən beş gün əvvəl məlum olmayan istiqamətə gedərək bir daha geri qayıtmayıb. Əslində, Lerik sakinləri Rövşən Bağırovun gedişindən olduqca məmnundur. Onlar ümüd edirlər ki, heç bir işə yaramayan hazırkı icra başçısı tezliklə vəzifədən uzaqlaşdırılacaq. Maraqlı məqam ondan ibarətdir ki, rayon rəhbərliyi saymazyana rayonu tərk edib və bütün səlahiyyətləri birinci müavinə həvalə edib.

Məlumatda daha sonra vurğulanır ki, rayon sakinlərinin dərdinə şərik olmayan R. Bağırovun yoxluğu sanki leriklilər üçün toy-bayramdır. Haqqında mətbuatda kifayət qədər tənqidi məqalə yayaımlanan icra başçısının neqativ əməlləri kifayət qədərdir. Bir sözlə Leriklilərin tək problemi məhz icra başçısıdır.

Növbəti yazılarımızda Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun rayonu nə üçün tərk etdiyi haqda geniş məlumat veriləcək. Bizi izləməyi unutmayın…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru