İxtisar olunan işçilər: - “Aprel ayında nə yeyəcəyik?”

14-04-2020, 18:55           
İxtisar olunan işçilər: - “Aprel ayında nə yeyəcəyik?”
“Bildirdilər ki, ödəniş olunacaq. Çox işçi narazılıq edir ki, apreldə nə yeyəcəyik, nə içəcəyik?”

Bu sözləri adının açıqlanmasını istəməyən, Bakı metropolitenində təmizlik işçisi kimi çalışan qadın bildirib.

O, mövcud vəziyyətlə əlaqədar bir müddət öncə məzuniyyətə buraxılıb. Bu günlərdə həmin şəxsə və digər iş yoldaşlarına aprel ayı üçün ödəniş olmayacağı barədə xəbərdarlıq mesajı göndərilib.

ARB TV-nin “Günə Doğru” proqramında bununla bağlı süjet yayımlanıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildiriblər ki, 2019-cu ildən stansiyalarda təmizlik işləri özəl şirkətə həvalə edilib. Metropoliten bütün öhdəliklərini yerinə yetirib və bu işçilərə əməkhaqqının ödənilməsi həmin şirkətin səlahiyətindədir. Adı “Tais İFK” MMC olan şirkət haqqında rəsmi orqanlarda məlumat tapa bilmədik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru